MedNews

08.09.2021

İSRAİL PEYVƏNDİN DÖRDÜNCÜ DOZASINA HAZIRLAŞIR

İsraildə əhaliyə koronavirus infeksiyasına qarşı peyvəndin dördüncü dozasının vurulmasına hazırlıq görülür.

 

İSRAİL PEYVƏNDİN DÖRDÜNCÜ DOZASINA HAZIRLAŞIR

 

İsraildə əhaliyə koronavirus infeksiyasına qarşı peyvəndin dördüncü dozasının vurulmasına hazırlıq görülür.

 

Ölkənin koronavirusla mübarizə üzrə milli proqramının rəhbəri professor Salman Zarka bu niyyəti sentyabrın 4-də ictimai radio vasitəsilə açıqlayıb. O, hər kəsi COVİD-19 infeksiyasına qarşı peyvəndin dördüncü dozasının tətbiqinə hazır olmağa çağırıb: “Virusun varlığını, peyvəndlərin və peyvəndlənmiş insanlarda yaranan antitel səviyyəsinin zəiflədiyini nəzərə alsaq, bir neçə aydan bir, yaxud ildə bir-iki dəfə yenidən peyvəndlənməyə zərurət yarana bilər. İndən belə bu, bizim həyatımızın bir reallığı olacaq”- deyə professor vurğulayıb. Salman Zarka dördüncü dozanın tətbiqinə nə zaman başlanacağını açıqlamayıb.

 

 

Şərhinizi əlavə edin