MedNews

06.10.2021

Koronavirusun qəribə təsiri: kovid barmağı problemi

“Med News”

Şotlandiyada 13 yaşlı qızın kovid mərhələsində ayaq barmaqlarında qızartı, şiş və ağrıların əmələ gəlməsindən sonra kovid barmağı məsələsi gündəmə gəlib.


“Med News” xəbər verir ki, 13 yaşlı Sofiyanın barmaqlarının şişməsi nəticəsində yerimə prosesində əngəllər başlayıb. 

 

Həkimlər bu məsələdə qandan və dəridən testlərin götürülməsini, həmçinin immunitet faktorunun əsas olduğunu bildiriblər. 

 

İngiltərəli alimlər isə soyuqdəymə zamanı və qan dövranı problemi olan insanlarda belə halın yarana biləcəyini ehtimal edirlər.

 

Mövzu ilə bağlı dermatoloq Lalə Cahangirova bildirib ki, belə bir problemlə müraciət edən olmayıb:

 

"Hələ ki, praktikada belə halla qarşılaşmamışıq. Amma koviddən sonra kəskin saç tökülmə, dəri quruması ilə bağlı müraciət edən xəstələr olub. Post-kovid mərhələsində hər kəsdə fərqli xəstəliklər, patalogiya aşkarlana bilər". 

 

Şərhinizi əlavə edin