MedNews

11/10/2022 11:00

Ömür uzunluğu artacaq - PROQNOZ

44

Niderland Statistika İdarəsinin məlumatına görə, 2028-ci ildə ölkə sakinlərinin orta ömür uzunluğu 86,05 yaşa qədər artacaq.

 

Belə ki, Niderlandda bu göstərici 1950-ci illərdən koronavirus pandemiyasının başlanmasına qədər davamlı olaraq artıb. 1950-ci ildə 65 yaşlı ölkə sakini orta hesabla daha 14,3 il ömür sürə bilərdi. 2019-cu ilə qədər bu müddət 20,1 ilə qədər uzanıb.

Koronavirus pandemiyasının ilk illərində gözlənilən ömür uzunluğu 19,5 ilə düşsə də, bu il yenidən artmağa başlayıb.

Qeyd edək ki, 2020-2021-ci illərdə Niderlandda gözləniləndən təxminən 10% çox insan ölüb.

Zeynəb

Şərhinizi əlavə edin