MedNews

08.09.2021

Professor: “Mu” ştammına yoluxma qaçınılmazdır

“Mu” ştamı qonşu Türkiyədə aşkarlanıbsa, Azərbaycanda da həmin ştamla yoluxmaq qaçılmazdır.

 

Professor:  “Mu” ştammına yoluxma qaçınılmazdır

 

 “Mu” ştamı qonşu Türkiyədə aşkarlanıbsa, Azərbaycanda da həmin ştamla yoluxmaq qaçılmazdır.

 

Bu sözləri tibb elmləri doktoru, professor Əlizamin Sadiqov  bildirib.

Professor qeyd edib ki, “mu” ştamının simptomlarında xüsusi fərq yoxdur: “Ümumiyyətlə, koronavirusun mövcud olan bütün ştamları arasında kəskin simptom fərqi müşahidə edilmir. Ola bilər ki, hansısa kliniki əlamət bir ştamda daha kəskin, digərində daha zəif olsun. Bu, mümkündür. Misal üçün, “delta” ştamı yeni yayılmağa başlayanda mütəxəssislər qeyd edirdilər ki, həmin ştamla yoluxma zamanı virus əsasən üst tənəffüs yollarına təsir göstərir. Təcrübə əsasında isə aydın oldu ki, “delta” ştamı digərlərindən daha ağır gedişə malikdir və daha öldürücüdür”.

 

Şərhinizi əlavə edin