MedNews

03/15/2023 00:00

"Qaraciyər insan orqanizmdə ən səssiz korlanan üzv hesab olunur" - Terapevt

35

“Qaraciyər insan orqanizmdə ən səssiz korlanan üzv hesab olunur. Bu orqanda yaranan xəstliklər ciddi formaya çatanda özünü birüzə verir”.

Bu sözləri Medical Media-ya açıqlamasında terapevt Fikriyyə İbrahimli bildirib.

Mütəxəssislər bildirir ki, əgər qaraciyər hüceyrəsinin 5 faizi yağlanırsa,bu qaraciyər piylənməsinin carçısıdır.

“Piylənmə baş verdikdə qaraciyər böyüyür. Stress, düzgün qidalanmamaq, öz başına dərman qəbulu, qəzəb və hiddətli olmaq qaraciyərdə piylənmənin ilkin səbəblərindən hesab olunur”.

Qeyd edək ki, qaraciyər piylənməsi cəmiyyətin ciddi tibbi-sosial və ekonomik  problemidir. O, qaraciyərdə artıq miqdarda piyin toplanması nəticəsində baş verir. Xəstə müalicə olunmadıqda qaraciyərin piy distrofiyası steatohepatitə, fibroza və qaraciyər sirrozuna kimi irəliləyə bilər. Hesab edilir ki, 2025-ci ildə planetin yaşlı əhalisinin yarısı piylənmədən əziyyət çəkəcək.

Zeynəb Müzəffərli

Şərhinizi əlavə edin