MedNews

03/17/2023 16:08

Qız uşaqları mütəmadi olaraq ginekoloji müayinədən keçməlidirlər - Ginekoloq

35

“Bizdə qız uşaqlarının ginekoloqa müraciət etməsinə pis baxırlar, amma məhz bu müayinələr yeniyetməlik, uşaqlıq dövründən başlamalıdır. Yarana biləcək hər hansı xəstəliyə qarşı hər zaman daha tədbirli olmaq vacibdir. Erkən diaqnoz hər zaman həyat qurtarır, Valideynlər bunu düşünsələr daha yaxşı olar”.

Bunu Medical Media-ya açıqlamasında ginekoloq Nərgiz Allahverdiyeva deyib.

Həkim qeyd edib ki, qadınlar isə şikayəti oldu-olmadı ildə ən azı bir dəfə ginekoloji müayinədən keçməlidirlər. Çünki orqanizm daima dəyişir, bunları nəzərə almaq vacibdir. Gələcəkdə sonsuzluq probleminin qarşısını almaq üçün uşaqlıq dövründən müayinə olunmaq lazımdır. Sonradan problem ciddiləşir və qarşısını almaq çətinləşir.

Sevinc Hüseynova

Şərhinizi əlavə edin