MedNews

06/23/2022 00:00

Satılmayan 10 milyonluq maska: fabrik rəhbəri kimləri qınadı?– EKSKLÜZİV AÇIQLAMA

40

Pandemiyanın yayıldığı ilk zamanlarda Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Bakı Tekstil Fabriki” MMC –də tibbi maska istehsalı başladı. Təxminən 2 il müddətində maskaya təlabat yüksək oldu. Lakin 2022-ci ilin may ayından etibarən maska tələbi ləğv edildi. Maraqlıdır, hazırda fabrik tələbatın minimuma endiyi vaxtda, istehsal prosesini hansı şərtlərlə aparır və satılmamış ehtiyyatın sonu necə olacaq?

 

Bu suallarımıza aydınlıq gətirən “Bakı Tekstil Fabriki” MMC-in icraçı direktoru Elçin Babayev “MedNews”a müsahibəsində vurğulayıb ki, pandemiya dövründə maska tələbi insan başına 8-10 ədəd düşürdüsə, indi isə o rəqəm 2-3 ədəd təşkil edir.

 

Elçin Babayev onu da qeyd etdi ki, hal-hazırda bizim üçün çətinlik ondan ibarətdir ki, ölkəmizdə fəaliyyət göstərən aptek şəbəkələri yerli istehsaldan məhsul almağa üstünlük vermirlər.

 

Fabrikin icraaçı direktoru sonda  bildirib ki, pandemiya dövründə  50 milyon maska istehsal olunub. Hal-hazırda 10 milyon maska ehtiyatı var, ümumi xammal ehtiyatı isə 25-30 milyon təşkil edir.

Zeynəb Müzəffərli

Şərhinizi əlavə edin