MedNews

28.10.2021

Səhiyyə işçiləri ilin sonuna qədər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

“Med News”

Türkiyədə ictimai nəqliyyat tibb işçiləri üçün ilin sonuna qədər pulsuz olacaq.

 

“Med News” "Rəsmi qəzet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qərar qəbul edib.

 

Qərara əsasən, COVID-19 epidemiyası tədbirləri çərçivəsində səhiyyə işçiləri üçün ictimai nəqliyyat 2021-ci ilin dekabr ayına qədər pulsuz olacaq.

 

Həm dövlət, həm də özəl sektora aid bütün səhiyyə müəssisə və təşkilatlarında çalışan kadrlar bu fürsətdən yararlana biləcəklər.

Şərhinizi əlavə edin