MedNews

05/10/2022 12:27

Səhiyyə nazirindən VACİB AÇIQLAMALAR

108

“Rayonlarda həkim, eləcə də digər tibb işçilərinin çatışmazlığı ilə bağlı problemin həlli üçün tədbirlər görülür. Səhiyyə sistemində çalışan həkimlərin maaş artımı nəzərdə tutulur”.

 

Bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib.

 

“Bununla bağlı xüsusi mexanizmlər hazırlanacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev mətbuat konfransında bu məsələ ilə bağlı da açıqlamalar verib. Sözügedən mexanizmlər tam hazır olduqdan sonra media üçün mətbuat konfransı keçiriləcək. Mən özüm sizə və ictimaiyyətə bu barədə məlumat verəcəyəm”, - deyə nazir bildirib.

Teymur Musayev həmçinin maskanın ləğvi ilə bağlı fikirədə münasibət bildirib.

 

“Maska rejimi ləğv olunub. Demək olar ki, tək-tük məhdudiyyətlər qalıb”.

 

Şərhinizi əlavə edin