MedNews

30.11.2021

Son sutkada 23 nəfər koronavirusdan ölüb - FOTO

 "Med News”

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Med News”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 588 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 620, ötən müddət ərzində isə ümumilikdə 5 539 284 test aparılıb.

 

Şərhinizi əlavə edin