MedNews

06/23/2022 12:53

ÜST meymunçiçəyi ilə bağlı fövqəladə müzakirə keçirəcək

22

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi meymunçiçəyi virusunun yayılmasını beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti elan edilməsi məsələsini müzakirə edəcək.

 

Bununla bağlı meymunçiçəyinin son həftələrdə indiyədək rastlanmayan təxminən 30 ölkədə yayılması beynəlxalq qurum tərəfindən “qeyri-adi və narahatedici“ gedişat kimi dəyərləndirilib və komitənin növbədənkənar iclası çağırılıb.

 

Komitə müvafiq qərar qəbul edərsə, bu zaman bir sıra beynəlxalq tədbirlərin görülməsi lazım gələcək.

 

 

Şərhinizi əlavə edin