MedNews

06/29/2022 14:17

TƏBİB Şəki Rayon Mərkəzi Xəstəxanasında görüş keçirib

37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə dəri-zöhrəvi, allerqoloji xidmətlərin təkmilləşdirilməsi və qarşılıqlı əlaqələrin effektiv qurulması istiqamətində Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) görüş keçirilib.

 

Görüşdə TƏBİB-in Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov və aidiyyəti şöbənin əməkdaşları iştirak edib.

 

İki gün davam edən təlimlərdə Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ regionlarında fəaliyyət göstərən həkim-dermatoloq və həkim-allerqoloqlara, həmçinin RMX-nın həkim-infeksionist və həkim-terapevtlərinə dəri-zöhrəvi xəstəliklərin müayinəsi, son protokollara uyğun müalicə standartları haqqında geniş məlumatlar verilib.

 

Mühazirələrin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

 

Təlim müddətində Respublika Dəri-Zöhrəvi Mərkəzinin, 3 saylı Dəri-Zöhrəvi Dispanserinin və Nərimanov Tibb Mərkəzinin həkimləri tərəfindən Dermatoloji kabinet və Laboratoriya şöbəsi ilə tanışlıq olub, nəzərdə tutulan müayinələrin aparılması, kadr potensialının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Şərhinizi əlavə edin