MedNews

05/13/2022 18:18

TƏBİB yenidən təşkil edilir, idarəetməsi dəyişir

20

Prezident İlham Əliyev fərman imzalayıb.

 

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.

TƏBİB-in Müşahidə Şurasına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri rəhbərlik edəcək. Şuranın üzvləri səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.

TƏBİB-in ləğvi, yenidən təşkili, vəzifəyə təyinat Azərbaycan Respublikasının Prezidentinə həvalə edilir.

Şərhinizi əlavə edin