MedNews

28.10.2021

Təcili Tibbi Yardıma 11 min dəfə müraciət etdi, həbs olundu

“Med News”

Türkiyədə 112 Təcili Tibbi Yardım Mərkəzinə 11 min dəfə həqiqəti əks etdirməyən məlumat verən şəxs həbs olunub.

 

“Med News” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qazientepdə baş verib.

 

Belə ki, S.K adlı şəxs 112 mərkəzinə 10 min dəfə yalan mesaj və min dəfə eyni məzmunda zəng edib.

Polis tərəfindən saxlanılan şəxs məhkəmə qarşısına çıxarılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhinizi əlavə edin