MedNews

14.01.2022

Təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər

"Med News”

“Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq edilməsi yolverilməzdir”. 

 

"Med News”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. Onun sözlərinə görə, bu cür hallarla əvvəllər də qarşılaşıblar:

 

“Azyaşlılara qarşı belə zorakılıq halları ilə biz əvvəlki illərdə də rastlaşmışıq. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yolverilməzdir.

 

“Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər”, - deyə o qeyd edib. 

 

Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 1 saylı uşağ bağçasında azyaşlının tərbiyəçi tərəfindən şiddət görülməsi barədə görüntülər yayılıb.

Şərhinizi əlavə edin