MedNews

05/12/2022 10:25

Tibbi xidmətlərin bahalaşmasına deputatdan - Münasibət

61

“Koronavirus pandemiyası göstərdi ki, həkim əməyi yüksək qiymətləndirilməlidir. Ölkə başçısı da həkimlərə diqqət və qayğını heç vaxt əsirgəməyib. Hər bir insanın əməkhaqqından icbari tibbi sığortaya ayırmalar edilir. Təbii ki, bu da icbrai tibbi sığortanın maliyyə məsələlərini yaxşılaşdırır və həkimlər də yaxşı maaş ala bilər”.

 

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov deyib.

 

Tibbi xidmətlərin bahalaşması məsələsinə toxunan millət vəkili bildirib ki, dünyada qeydə alınan bahalaşma bütün ölkələrə və bir çox sahələrə təsir edir:

 

“Amma bu, həkimlərin və digər insanların maaşının artmasından əmələ gəlmir. Ümumi dünya iqtisadiyyatında çox kəskin bahalaşma gedir. Amma elə etməliyik ki, bu bahalaşma insanların həyatına ciddi mənfi təsir göstərməsin. Özüm də həkim olduğum üçün əminliklə deyə bilərəm ki, bu, çox məsuliyyətli və ağır bir peşədir. Həkim təkcə öz biliyi ilə insanı sağaltmır, həm də insanların ümid yeridir. Ona görə də həkimlər yüksək maaş almağa layiqdirlər”.

 

Xatırladaq ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.

Şərhinizi əlavə edin