MedNews

03/15/2023 00:00

“Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilib

30

Son illər ərzində xəstəliklərin çoxalması, bunun fonunda ömürlərin qısalması dünya alimlərini narahat edən məsələlərdən biridir. Buna görəd ə müxtəlif istiqamətlərdə tədbirlər planı hazirlanır. Həyat keyfiyyətimizin artırılması üçün mütəxəssis və alimlər bir araya toplanaraq məsləhətləşmələr apardılar.

Medical Media xəbər verir ki, “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunan 21 spiker çıxış ediblər.

Konqresdə spikerlər kişi və qadın uzunömürlülüyü, zehni-mənəvi uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr veriblər.

“Burda 3 gün ərzində baş verə biləcək hadisələr haqqında məlumat ötürəcəyik. Çox yaşamaq, xoşbəxt yaşamaq, aktiv və faydalı yaşamaq üçün nə edə bilərik? Özümüz-özümüzü necə qoruya bilərik? Dünya bizi necə qoruyur? Çox məlumatlardan xəbərsizik. Burada biz bir çox alimləri, mütəxəssisləri görürük, hansılar ki, məhz burda toplaşıb.  Statatistik məlumatları bütün yeniliklərin başında duran mütəxəssislər bu məlumatları hamımıza bu bilikləri hər birimizə ötürmək üçün burdadılar. Keçmişə baxsaq elə bir vaxt var idi ki, antibitiklər fantastik açılış idi. Amma biz bugün deyə bilərik  ki, məhz onların sayəsində insanların ömrü uzanıb”,- deyə Tibbi SPA şirkətinin qurucusu tədbir haqqında fikirlərini Medical Media-ya açıqlayıb.

Qeyd edək ki, konqres 17 mart tarixinədək davam edəcək.

Şahnun Qasımova

 

Şərhinizi əlavə edin