Metapnevmovirus Çindən sonra Qazaxıstanda aşkar edilib

Profilaktik tədbirlər hansılardır?

Çində insanlar arasında metapnevmovirus (HMPV) adlı az tanınan virusa yoluxma sürətlə artsa da, ölkə rəsmiləri hələ də susur. Çindən sonra Qazaxıstanda da bu infeksiyaya yoluxma halları qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.
Xatırladaq ki, bu infeksiya əsasən tənəffüs yollarına təsir edən virusdur və Human Metapneumovirus (hMPV) kimi tanınır. Bu virus aşağıdakı xüsusiyyətlərə malikdir:
İnsanlara əsasən damcı yolu ilə və ya kontaminasiya olmuş səthlərə toxunaraq yoluxur.
Yüngül hallarda simptomları burun axıntısı, boğaz ağrısı, öskürək və yüngül qızdırma olur.
Ağır hallarda isə bronxiolit, sətəlcəm və tənəffüs çətinlikləri baş verir. İnfeksiya xüsusilə azyaşlı uşaqlar, yaşlılar və immuniteti zəif olanlar üçün təhlükəlidir.
Mütəxəssislər metapneumovirus qorunmaq üçün əlləri tez-tez yumağı, xəstə şəxslərlə təmasdan qaçmağı, ictimai yerlərdə maska taxmağı və immuniteti gücləndirən həyat tərzi sürməyi məsləhət görür.