Milyonlarla uşağın həyatı təhlükədədir

GAVİ SƏDRİVAKSİN SİYASƏTİNDƏ ABŞ GERİ ÇƏKILIR, AVROPA RƏHBƏRLIK EDIR
Avropa İttifaqı və bir sıra Avropa ölkələri qlobal peyvənd alyansı olan Gavi-yə əhəmiyyətli töhfələr versə də, ABŞ donorlar siyahısından çəkilir. Brüsseldə keçirilən tədbirdə Gavi Vaksin Alyansı növbəti beşillik proqramını maliyyələşdirmək üçün beynəlxalq donorları bir araya gətirdi.Gavi indiyədək 7,7 milyard avrodan çox vəsait toplayıb, bu hələ də ümumi hədəfindən azdır, baxmayaraq ki, növbəti həftələrdə məbləğin artacağı gözlənilir. “Milyonlarla uşağın həyatı təhlükə altındadır. ” deyə Gavi sədri José Manuel Barroso mətbuata verdiyi müsahibədə bildirib. Peyvənd tərəfdarları iddia edirlər ki, vaksinlərə sərmayə qoymaq dövlətin gələcəkdə sağlamlıq xərclərini azaldır və iqtisadi artıma səbəb olur. İspaniyanın Baş naziri Pedro Sançes ölkənin əvvəlki öhdəliyindən 30% çox olan 130 milyon avro, Avropa Komissiyası isə 360 milyon avro vəd edib. AB qurumları və üzv dövlətlər 2 milyard avrodan çox vəsait ödəyəcək Böyük Britaniya 1,25 milyard funt sterlinqlə vaksin alyansında ən böyük donor olub.