Müalicəni yayındıran vasitələr…

“Başını sıxma, zəli, hicama,banka və s. bu kimi metodlarla insanların müəyyən narahatlıqlarının aradan qaldırılması hallarını görürük. Amma bu düzgün müalicə üsulu deyil”.

Bu sözləri yandal uzman Şahin Əzizov deyib. 

Həkimin sözlərinə görə bu cür müalicə üsulları bəzən ağrını götürür. Amma araşdırmalara görə bununla paralel ciddi fəsadlar da yarada bilər. 

“Bu tip müalicə üsullarına biz yayındırıcı terapiya deyirik. Uşaq vaxtı necə dişimiz ağrıyanda futbol oynayırdıq. O zaman xəbərimiz olmadan futbol bizə müalicə kimi təsir edirdi. Ağrı da unudulurdu. Amma futbol bitdikdə, evə gəldikdən sonra ağrı yenə başlayırdı. Bu da eyni mexanizmdir. Hicama olunduğu zaman ağrı unudulur,digər nahiyələrdə özünü birüzə verməyə başlayır. Amma ağrı sonra yenə başlayır.”

Beyinə bir neçə yerdən siqnal gedir. Bu tip müalicələrdə bir tərəfdən ağrı kəsəndə, artıq digər mövqelərdən ağrı siqnalı beyinə gedir. Bu səbəbdən həkim bu tip prosedurları yayındırıcı müalicə hesab edir. 

Həkiminin sözlərinə görə müasir təbabətdə bu müalicə üsullarından istifadə edilmir. Tibb elmi isə bu cür müalicələri faydalı hesab etmir. 
 
Zeynəb Müzəffərli