Mətbəx bıçağı ilə özünə 1 saatlıq qeysəriyyə əməliyyatı etdi

ANA VƏ UŞAQ SAĞDIR
Qadın, mətbəx bıçağı ilə özünə qeysəriyyə əməliyyatı etdi.
Hadisə Meksikada baş verib. Hamilə qadın mətbəx bıçağı ilə özünə qeysəriyyə kəsiyi edib və sağlam oğlan uşağı dünyaya gelib. Kimliyi məlum olmayan 40 yaşlı qadın, işıq, su və kanalizasiya olmayan kənd yerlərində yaşayıb və ən yaxın xəstəxanaya getmək üçün 8 saatlıq yol qət etməli idi. O, körpəsini təbii doğuşla dünyaya gətirə bilmədiyinə görə, özü əməliyyat etməyə qərar verib. Qadın huşunu itirmədən əvvəl uşaqlarından birinə yerli tibb bacısını çağırmağı tapşırıb. Tibb bacısı yara tikdikdən sonra ana və körpə yaxın xəstəxanada yardım göstərilməsi üçün aparılıb.
“3 stəkan spirtli içki içərək, mətbəx bıçağı ilə öz qarnını kəsib və oğlan uşağını dünyaya gətirib. Körpə dərhal nəfəs alıb və ağlamağa başlayıb”, – deyə xəstəxananın həkimi bildirib.
Həkimlər bu hadisəni Beynəlxalq Ginekologiya və Obstetrika Jurnalında dərc olunan hesabatında qeyd edib.
Qeyd edək ki, bu, həm ananın, həm də uşağın sağ qaldığı ilk həkim müdaxiləsi olmadan qeysəriyyə əməliyyat hadisəsi olaraq qəbul edilir.