Nəfəs darlığının səbəbi- həkimdən AÇIQLAMA
Dərindən nəfəs aldığımız zaman özümüzü gümrah və rahatlanmış hiss edirik. Buna görə nəfəsimizi tənzimləyən orqanların sağlam olması vacibdir. Xüsusilə ağciyərimizdə hər hansı narahatlıq həyatla əlaqəmizi minimuma endirə, aparatlara bağlı yaşamağımısa səbəb ola bilər.
Pulmonoloq Firüz Məmmədov Medical Media-ya açıqlamasında bu barədə danışıb.
Onun sözlərinə görə, nəfəs darlığının bir səbəbi də ağciyərə maye yığılmasıdır. Ağciyərdə maye yığılması plevral enfüzyon da adlanır.
Ağciyərlərə maye yığılmasının səbəbləri düzgün şəkildə aşkar edildikdən sonra müalicə prosesi getməlidir. Firüz Məmmədov deyir ki, səhv diaqnoz müalicəsi asan olan xəstəliyi kəskinləşdirə və xəstənin həyatını itirməsinə səbəb ola bilər.
Həkim sonda qeyd etdi ki, astma xəstəliyi zamanı ağciyərdə şiş yaranması, ürəyin gücə düşməsi də ağciyərdə maye yığılmasına gətirib çıxarda bilər.
Zeynəb Müzəffərli