Nyu yorkda ebola həyəcanı

NYU YORKDA EBOLA HƏYƏCANI
2 ŞÜBHƏLİYƏ DİAQNOZ QOYULUB
Nyu-York şəhərində Ebola virusu ilə bağlı şübhələr yaranıb. Manhettendəki CityMD təcili yardım mərkəzində iki xəstə, Ebolaya bənzər simptomlar göstərdikləri üçün, təcili yardım işçiləri tərəfindən onlara təhlükəsizlik geyimləri geydirilmiş, xəstəxanaya aparılmışdır. İlkin olaraq, xəstələrin Uqandadan gələn və Ebola əlamətləri göstərən bir şəxslə təmasda olduqları ehtimal edilib. Lakin, araşdırmalar nəticəsində xəstələrin ailə üzvləri arasında sürətlə yayılan xəstəliyin norovirus olduğu müəyyən edilib. Nyu-York Səhiyyə Departamentinin müvəqqəti komissarı Dr. Mişel Morz, xəstələrin Ebola ilə təmasda olmadığını və risk olmadığını bildirib. Hər iki xəstə də müalicə üçün Bellevue Xəstəxanasına göndərilib.
Xatırladaq ki, ebola və norovirus oxşar simptomlar göstərir, lakin Ebola ölümcüldür, norovirus isə deyil.