Öd kisəsinin olmamasının orqanizmə TƏSİRLƏRİ
“Öd kisəsi olmuş xəstələrdə ən böyük problem həzmlə bağlıdır. Çünki kisə olmadığı üçün bu prosesdə çətinliklər meydana gəlir. Öd kisəsi olanlarda öd qidanın həzmində iştirak edir, olmadıqda isə qaraciyər mütəmadi olaraq öd hazırlayır və burdan da bağırsağa ixrac edir”.
Bu sözləri həkim-qastroenteroloq Nuranə Quliyeva Medical Media-ya açıqlamasında deyib.
Həkimin sözlərinə görə bu cür insanlar az,amma tez-tez qidalanmalıdır.
“Öd kisə əməliyyatından sonra sovurma problemi də yaşayır. Bu cür insanlarda da öd turşularını qoruyan vcasitələr var,onların tətbiqini məsləhət görürük”.
Həkim-qastroenteroloq sonda bildirdi ki, bu cür xəstələr çox yağlı, qızardılmış, ədviyyatlı qidalardan çəkinməlidir.
Zeynəb Müzəffərli