Milyarder terapiyadan “əvvəl” və “sonra” fotosunu paylaşdı

OĞLUNUN QANI İLƏ GƏNCLƏŞƏN MİLYARDER SAÇINA BELƏ QULLUQ EDİR

ORİJİNAL HALI 70% BƏRBA OLUNUB

Qocalmamaq üçün, bir çox ölkələrdə qadağan olunmuş gen terapiyasından keçərək, ildə 2 milyon dollar xərcləyən milyarder, saça qulluq üsulunu bölüşüb. Cavanlaşmaq üçün oğlunun qanından və plazmasından istifadə edən iş adamı, saçlarının da orijinal rəngini və sayını 70% bərpa edib.

Amerikalı milyarder Brayan Conson “Düzgün vitaminlərin qəbulu – saçların bərpasında əsas rol oynayır, deyib.  Zülal, Omeqa-3 yağ turşularının qəbulu xüsusilə vacibdir. İlkin olaraq qırmızı işıq terapiyasına başladım, bunun üçün isə hətda papaq taxırdım. Son müalicə isə saç tökülməsinə qarşı istifadə olunan dərman – oral minoksidil idi.” deyə izah edib.

Milyarder terapiyadan “əvvəl” və “sonra” fotosunu paylaşaraq 

 “düzgün qulluq edilərsə, kişilər saçlarını 40 yaşdan sonra da bərpa edə bilər”, deyə yazıb.