Öncədən cinsiyyət hesablamaq mümkündür?- mütəxəssisdən AÇIQLAMA

“Bir qrup insan var ki, xüsusi inanclarla,astroloji təqvimlərə əsasən cinsiyyət hesablaması aparırlar. Bunu daha çox pasientlərdən eşidirik. Bu tamamilə yalnış fikirlərdir. Belə xurafatlara inanmamaq lazımdır. Tibb bunu dorğu qəbul etmir”.

Bu sözləri Medical Media-ya açıqlamasında uzman ginekoloq cərrah Emin Haqverdiyev  deyib.   

Həkimin sözlərinə görə cinsiyyəti öncədən təyin etməyin yolu sadəcə süni mayalanmadır.

“Atadan,anadan aldığımız mayaların cinsiyyətini öncədən bilirik. Və ailənin istəyi üzərinə də həmin o cinsə sahib uşağı ana bətninə yerləşdiririk”. 

Həkim bildirdi ki, normal sağlam ana 3-4 aylığınadək uşağın cinsiyyətini öncədən təyin edə bilməz. Odur ki, cinsiyyət hesablaması kimi miflərə inanmayın. 
 
Zeynəb Müzəffərli