Paket çay içməyin: yoxsa ən pis zərərini görəcəksiniz
Məlum olduğu kimi qəbizlik, ən çox görülən həzm problemlərindən biridir. Uzun illər bu problemdən əziyyət çəkən və xəstəliyi ciddiyə almayan şəxslər var. Mütəxəssislər bildirir ki, qəbizliyin hər hansı ciddi fəsadını insan hiss etməyə bilər.
Qastroenteroloq Nuranə Quliyeva Medicalmedia.az-a açıqlamasında bu barədə danışıb.
Həkimin sözlərinə görə, qəbizlikdən əziyyət çəkən bəzi insanlar müxtəlif çaylardan istifadə edirlər. Bu isə zamanla mədə və bağırsaq xəstəliklərinə yol aça bilər.
Mütəxəssis bildirdi ki, qəbizliyin yaranmaması üçün bol maye qəbulu, piyada gəzinti və doğru qidalanma məsləhət görülür. Onu da qeyd edək ki, qəbizliyin müalicəsi insandan insana dəyişir. Qeyd olunan vərdişiləri etdikdən sonra yenidən qəbizlik yaranırsa bu zaman həkimə müraciət etmək mütləqdir.
Zeynəb Müzəffərli