Parkinson xəstəliyinin yaranma səbəbləri- VİDEO

Son zamanlar insanlar arasında geniş  yayılan parkinson xəstəliyi beyində beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən hüceyrələrin korlanması nəticəsində baş verir. Xəstəlik  hərəkətlərdə yavaşlama, istirahətdə titrəmə, psixiatrik pozğunluqlarla özünü göstərir. Xəstəlik daha çox 60 yaşdan sonra insanlarda müşahidə edilir. Lakin son zamanlar gənclər arasındada xəstəliyi müşahidə etmək olur. Bəs bu xəstəliyin yaranma səbələri nədir?

Nevroloq Aygün Məmmədova Medicalmedia.az-a açıqlamasında bu suala cavab verməyə çalışıb. 

Həkimin sözlərinə görə, xəstəliyin müalicəsi zamanı qəbul edilən dərmanlar ilk başlarda kömək etsə də xəstəlik irəlilədikcə artıq dərmanların da sayı artır və xəstədə bu dərmanlara qarşı immunitet yaranır.