Parkinson xəstələrinin psixoloji sağlamlığı da pozur


YERLİ HƏKİM AÇIQLAYIB

Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan bir xəstəlik deyil, eyni zamanda xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır.
Bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva deyib.
Nevroloq həmçinin bildirib ki, bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur.
Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirə və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də, psixoloji dəstək, sosial münasibətlərin qorunması və stresin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir, deyə nevroloq Yeganə Əliyeva bildirib.