Peyvəndlər milyonlarla insanı xəstəlikdən xilas edir

TƏBİB ÜMUMDÜNYA İMMUNLAŞDIRMA HƏFTƏSİ İLƏ BAĞLI
Ümumdünya İmmunlaşdırma Həftəsi ictimaiyyətin diqqətini yoluxucu xəstəliklərdən qorunmaq üçün əsas profilaktik tədbirlərdən olan immunizasiyaya cəlb etmək məqsədi daşıyır.
Bu maarifləndirici məlumatı TƏBİB yayıb.
Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və ölümdən xilas edən əsas sağlamlıq tədbirlərindən biridir. İmmunizasiya hər il 2-3 milyon insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən qoruyur.
Hər bir uşağın hələ də dünyada ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəbdən də immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir, deyə TƏBİB-in məlumatında deyilir.
3