Pnevmotoraks niyə yaranır?- MÜTƏXƏSSİS

Həyati vacib orqanlarımızdan biri də ağciyərlərdir. Nəfəsimizi tənzimlədiyi üçün onda yaranan adi bir narahatlıq gündəlik həyat fəaliyyətimizə mənfi təsir edir. Ağciyərdə yaranan təhlükəli xəstəliklərdən biri də pnevmatoraksdır. 

Torakal cərrah Fəhmin Əmirov Medical Media-ya açıqlamasında pnevmatoraksdan  və onun yaranma səbəblərindən danışıb.

Həkimin sözlərinə görə pnevmatoraks xalq arasında ağciyərin partlamasıdır. 

“Xəstələrin əsasən belə şikayətəri olur: ağciyərim partlayır və ya hava dolub. Ağciyərləri, qabırğaları örtən bir plevra var. O plevra ilə ağciyər arasında bir miqdar maye var. Bəzi hallarda ağciyərdə yaranan xəstəliklər səbəbilə, pnevmaniya,ağciyər zədələnməsində burada narahatlıqlar ola bilər. Və bu zaman hər nəfəs aldıqca ağciyərin defektli nahyəsindən hava çıxır ağciyər və qabırğa arasındakı o boşluğa, yəni plevraya dolur. O boşluğa hava dolduqca ağciyər kiçilir. Nəticədə şiddətli ağrılar meydana gəlir. Sinə və kürəək ağrıları, nəfəs darlığı yaranır. Bu təbii ki, xəstədə artıq pnevmatoraksın meydana gəlməsindən xəbər verir”.

Həkim sonda bildirdi ki, xəstəlik əsasən şiddətli öskürəklə özünü birüzə verir, bu baxımdan bu hal yaşayırsızsa mütləq həkim müayinəsindən keçməlisiz. 

Qeyd edək ki, pnevmatoraks cərrahi müalicə olunacaq bir xəstəlikdir.

Zeynəb Müzəffərli