Psixoloji diaqnostika necə aparılmalıdır?

“Psixoloqa müraciət edən pasiyent üzərində ilkin müşahidə aparılır. Daha sonra bu müşahidə əsasında ehtiyac olan testlərdən keçirilir. Bundan sonrakı mərhələrə pasiyent beyin və davranış laboratoriyasında xüsusi cihazlarla müayinə edilir. Bundan sonra problemin nə olduğu, hansı dərəcədə olduğu müəyyən edilir. Buna psixoloji diaqnostika deyilir”.

Bunu Medical Media-ya açıqlamasında Psixologiya Elmi-tədqiqat İnstitunun sədri Elnur Rüstəmov deyib. 

Mütəxəssis qeyd edib ki, müayinə birtərəfli aparıla bilməz. Məsələn, sadəcə psixoloji seansla problemin nə olduğunu aşkarlamaq mümkün deyil. Mütləq şəkildə pasiyent mərhələli şəkildə tam yoxlanılmalıdır. Diaqnoz qoyulduqdan sonra müalicənin necə aparılacağı müəyyənləşir. Hər bir pasiyentə fərdi və özəl olaraq qrafik təyin olunur. Yalnız bu şəkildə nəticə əldə etmək mümkündür. 

Sevinc Hüseynova