QADINLAR KİŞİLƏRƏ NİYƏ “NİFRƏT” EDİR VƏ Dek, Be, 2024 TədbirlərKİŞİLƏR QADINLARDAN NİYƏ QAÇIR?“Soft Guy Era” yəni zərif kişilərin erası yeni bir sosial media trendidir və 2024-cü ilin əvvəllərində TikTok-da ortaya çıxıb. Bu trend, kişilərin ənənəvi kişilik öhdəliklərindən imtinanı tərənnüm edir. Müxtəlif kişi cinsindən olan blogerlər qadın nazını çəkməkdən, qazancını kiminləsə bölüşməkdən, restorana gedəndə hesab verməkdən, azadlığının məhdudlaşdırılmağından usandığını deyir və münasibətlərdən imtina edir. Bir çox Amerikan media resusrslarında müzakirə edilən bu yeni trendin tərəfdarları qədər, əleyhinə olanlar da var.Məsələn, bir qisim zərif kişilərin, yəni SOFT GUY ERA tərəfdarlarının əslində özlərinə qadın yox, ana axtardıqlarını və bunun bir psixoloji geriləmə olduğunu iddia edir. Yəni bir kişi artıq böyüdüyünü və müəyyən öhdəlikləri olduğunu heç cür qəbul etmirsə, deməli onun yaşının üstünə yaş gəlsə də, ağlı hələ gəncliyində qalıb.Trendin tərəfdarları qadınların haqsız olaraq şəxsi azadlıqlarını pozduğunu iddia edir.Onlar “mən hər gün duş qəbul etmək istəmirəm, yemək yeyəndə ağzımı mırçıllatmaq istəyirəm, mən paltarlarımı qatlamaq istəmirəm, ürəyim istəyəndə dostlarla istirahətə getmək istəyirəm” kimi başlıqlarla paylaşılan videolarda boşanma və ya ayrılma səbəblərini qadınların əslində stress qaynağı olduğunu iddia edirlər.Mövzunun foxnews kanalında müzakirəsi zamanı konqresmen Ceyson çaffetsin fikirləri əks səda doğurub. “Mən uzun illərdir ailəliyəm və cavanlığımda ilk görüşdə indiki həyat yoldaşımı redtorana aparmağa imkanım yox idi. Biz birlikdə marketdən yoqurt alıb, parkda yemişdik. Bu gün bizim yaxşı şəraitmiz var və buna birlikdə nail olmuşuq. Ailə hər iki tərəfin qarşılıqlı anlayışı üzərində qurulmalı müəssisədir. Ailə tələb, etiraz, üsyan və savaş meydanı deyil. Amma bilirsinizmi indiki qadınlar ilk görüşdə bahalı restoran, bahalı hədiyyə istəyir. Məhz bu cür yersiz tələbkar qadınlar da kişilərdə etiraz doğurur, deyə konqresmen bildirib. Psixoloqlar isə sağlam münasibət qurmaq üçün necə bir partnyor istədiyinizi dəqiqlə.dirməyi tövsiyyə edir. Münasibətdən öncə azadlıq və davranış qaydalarınızı da müzakirə etmək psixoloji sağlamlığınızı qorumağa kömək edəcək, deyə mütəxəssislər bildirir.