Qadınları yenidən yaradan adam

GÖZƏLLİK İNCƏSƏNƏTİ VƏ PİKASSO ÜSULU
Mən qadınların milliyətini də dəyişə bilərəm. Son pasientimin yeni görünüşünü 86 günə yatardım.
Həkim diplomu olmayan, özünə beynəlxalq mikro plastik cərrah deyən Farzan Malikzadeh öz Instagram hesabında bu haqda paylaşım edib.
Qadına burun əməliyyatı, qaş disharmoniyasının aradan qaldırılması, üz liftinqi, dodaqların formalaşdırılması, dərinin təkrar emal edilməsi və cavanlaşdırılması, üzün konturlaşdırılması, qinekoplastika və P3 cihazı ilə yeniləmə kimi prosedurlar icra edilib.
Farzan Malikzadeh “Pikasso” üsulu ilə qadınların həm görkəmini, həm də ruhi dünyasını gözəlləşdirdiyini bildirir. Estetik uzman deyir ki, bu üsul nəinki bədənin formalarını və cizgilərini həm də qadının xarakterini, yerişini, danışıq tərzini dəyişir.
Malikzadehin İranda, Türkiyədə və Ərəb Əmirliklərində beynəlxalq estetik mərkəzləri var. Farzan deyir ki, anasının gözəllik salonlarında çox vaxt keçirməyi onu bu sahəyə meylləndirib. 2015-ci ilə qədər o, musiqiçi olub və ilk milyonunu incəsənətdən qazanıb.
Bütün yenidən yaratmaq həvəsinə və varoluşu dəyişmə inadına baxmayaraq Farzanın ən sevimli sitatı belədir: Dünyadakı heç bir güc taleyi dəyişə bilməz.