Qarpız alarkən nəyə diqqət edilməlidir?- VİDEO
Hər birimizin çox sevdiyi bu yay məhsulu olan qarpız və yemişin tərkibi bir çox vitamin və minirellarla çox zəngindir. Belə ki, qarpızın tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır.
Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova Medicalmedia.az-a bu barədə açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur. Bundan əlavə qarpız- güclü sidikqovucu vasitədir.
Mütəxəssislərsə bildirir ki, qarpız və yemiş alarkən diqqətli olmaq lazımdır. Vaxtından öncə istixanalarda yetişdirilmiş qarpız və yemişin tərkibində müxtəlif kimyəvi maddələr olur ki, bu da birbaşa olaraq insan orqaniziminə xeyirdən çox zərər verir və həttda ölümə belə gətirib çıxardır.
Fərid Yusifov