Qripi müalicə etmək lazımdır?

SƏHİYYƏ NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi insatgram səhifəsində qrip xəstəliyi ilə bağlı paylaşım edilib. Paylaşımda, xüsusilə qış fəslində əhali arasında yayılan qrip virusunun müalicəsi ilə bağlı maarifləndirici poster yer alıb. Posterdə qripin müalicə olunması və ya heç bir müdaxilə edilmədən də sağalmağı fikrinin mif və ya doğru olağına diqqət çəkilib.
Mütəxəssislər qripin ciddi narahatlıq yarada biləcək infeksiya olduğunu və bəzən ciddi fəsadlara yol açdığını bildirir. Ona görə də qripi müalicə etmək və ya onun simptomlarını yüngülləşdirmək üçün lazımi tədbirlər görmək vacibdir.
Qrip niyə müalicə olunmalıdır?
İlk növbəsdə xəstəliyin simptomlarının yüngülləşdirilməsi üşün.
Qripin yüksək hərarət, baş ağrısı, əzələ ağrısı, halsızlıq kimi simptomları insanın gündəlik fəaliyyətinə mane ola bilər. Müalicə ilə bu simptomlar yüngülləşdirilə bilər.
İkinci səbəb gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaq üçündir. Qrip bəzi insanlarda pnevmoniya, bronxit, sinus infeksiyaları və ya ürək problemləri kimi ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün fəsad riski daha yüksəkdir.
Və nəhayət virusun başqalarına yoluxmasının qarşısını almaq üçün də qripi müalicə etmək gərəkdir. Qripin sürətlə yayılması mümkündür. Müalicə və ya təcrid yoluxmanın qarşısını ala bilər.