Revmatoloji xəstəliklər niyə yayılıb?- Həkim AÇIQLADI

Revmatoloji xəstəliklərin elmə məlum olan 200-dən çox növü var. Onların bir qismində artrit olsa da, digərləri sadəcə daxili orqanların, damarların yuyulması və zədələnməsi nəticəsində baş verə bilər. Bura ağciyərlər, ürək, mədəaltı vəzi, böyrəklər, bağırsaq, gənc xanımlarda ana olmaqla əlaqədar narahatlıqlar daxildir. 

Medicalmedia.az-a açıqlamasında həkim-revmatoloq Nümunə Əliyeva bildirdi ki, hamiləlik dönəmində bəzi revmatoloji xəstəliklər kəskinləşə bilir.

Həkimin sözlərinə görə, kəskinləşmə xüsusən qırmızı qurd eşənəyi xəstəliyi olan hamilə qadınlarda daha çox olur. Belə ki, böyrək kəskinləşməsi zamanı xəstə hətta  süni dializ aparatına bağlana bilər.

Həkim onu da qeyd etdi ki, bəzi revamatoloji xəstəliklər isrsən də keçə bilər . Daha çox irsi keçən xəstəlik aləvi aralıq dənizi xəstəliyidir ki, bu da daha çox son zamanlar vətəndaşların türkiyə vətəndaşları ilə sıx əlaqədə olması səbəbi ilə yayılır. 

Hətta revmotologiyada artrit əlilliyə qədər gətirib çıxarır. Bunun qarşısını almaq isə mümkündür. Həkimlər bildirir ki, üzgüçülük, yürüş, pəhriz saxlamaq və zərərli vərdişlərdən uzaq olmaq xəstəliyin müalicəsinə yardımçı ola bilər.

Zeynəb Müzəffərli