Saçlarımız niyə yağlanır?- DERMATOLOQ
adınlar baxımlı olmağı, gözəl görünməyi sevir. Gözəlliyi tamamlayan ünsürlərdən biri də saçlarımızdır. Xanımlar saçların baxımlı,gözəl,parlaq görsənməsi üçün hər cür vasitələrdən istifadə etməyə çalışırlar. Mütəxəssislər bildirir ki, bu hal saçın diblərini,kökünü korlaya,ciddi fəsadlar yarada bilər.
Bir qrup insanlar xüsusilə saçların yağlanmasından əziyyət çəkirlər.
Dermatoloq Anar Mahmudov bu barədə Medical Media-ya açıqlama verib.
Həkimin sözlərinə görə saç yağlanmasının bir neçə səbəbi ola bilər.
“Bunlardan biri irsi səbəbdir. Bəzi qrup insanlarda piy vəziləri daha aktiv çalışdığına görə onlarda yağlanma genetikaya bağlıdır. Bir səbəbi də doğru olmayan kosmetik vasitələrin, o cümlədən şampunların istifadəsidir. Hansı ki, bu cür vasitlərdən istifadə daha tez-tez yağlanmaya səbəb olur”.
Zeynəb Müzəffərli