“SAXTA DİPLOMLU HƏKİMLƏRLƏ BAĞLI ARAŞDIRMA BAŞLAYIB”

“SAXTA DİPLOMLU HƏKİMLƏRLƏ BAĞLI ARAŞDIRMA BAŞLAYIB”

AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRİ TEYMUR MUSAYEV

Azərbaycanda saxta diplomla həkimlik fəaliyyəti göstərən şəxslərlə bağlı araşdırmalara başlanılıb. Azərbaycanın Respubblikasının Səhiyyə naziri Teymur Musayevin açıqlamasına görə, bu məsələni araşdırmaq üçün nazirlikdə xüsusi işçi qrupu yaradılıb. Musayev bildirib ki, belə halların müəyyən olunması üçün ciddi yoxlamalar həyata keçirilir, çünki bu cür fəaliyyət həm tibbi xidmətlərin keyfiyyətinə, həm də vətəndaşların sağlamlığına ciddi təhlükə yaradır.
Nazir saxta diplomlarla fəaliyyət göstərən tibb işçilərinin cinayət məsuliyyətinə cəlb olunacağını və bunun qanun çərçivəsində cəzalandırılacağını vurğulayıb. Eyni zamanda, nazir əlavə edib ki, bu sahədə fəaliyyət göstərən müəssisələrdən işə qəbul zamanı daha ciddi sənəd yoxlaması aparmaları tələb olunmağa başlanılıb.