Səs-küyü azaldan qulaqlıqlar bu xəstəliyə səbəb olur

XƏBƏRDARLIQ
Bir çox insan işdə, ictimai nəqliyyatda və ya idman edərkən ətrafdakı artıq səslərin qarşısını almaq üçün qulaqlıqlardan istifadə edir. Həkimlər isə xəbərdarlıq edib ki, diqqəti ətrafdan yayındırmaq üçün istifadə olunan bu cihazlar beyinə zərər verir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin audiologiya şöbəsi, eşitmə problemi olan gənclərin sayında artım gördüklərini bildirib. Mütəxəssislər əlavə yoxlamalardan sonra, problemin qulaqda olmadığını, beyindəki problemlərdən qaynaqlandığını müəyyən edib. Bu pasientlərin çoxuna eşitmə prosesinin pozulması diaqnozu qoyulub ki, bu da insanın səsləri qəbul etmək qabiliyyətini pozan nevroloji xəstəlikdir.
“Beyin elektrik impulslarını səslərə, sonra sözlərə, daha sonra cümlələrə və fikirlərə çevirir. Böyüklər isə, bu impulsları mənaya çevirməkdə çətinlik çəkir. Biz bu problemi mərkəzi eşitmə prosesinin pozulması adlandırırıq” deyə “Additude” şirkətinin nevroloqu Martin Kutcher izah edib.
Həmçinin, həkimlər qeyd edib ki, eşitmə prosesinin pozulması diaqnozu adətən uşaqlıqda başlayır və uşaqların 2%-7%-nə təsir edir. Bu, onların oxumaq və yazmaq qabiliyyətinə də təsir edir. Lakin bu diaqnozun artımı, gənclər arasında yenidir. Mütəxəssislər bu problemi qulaqlırlardan çox istifadə etməkdə görür.