“Sinirlərimiz soyuğu sevmir”- Həkimdən AÇIQLAMA
“Üçlü sinir nevrolgiyası zamanı üzdə ciddi ağrılar yaranıbsa zamanında həkimə müraciət etmək gərəkdir. Bu əgər herpes virusunun nəticəsində yaranmış nevrolgiyadırsa, bu zaman virus əleyhinə preparatlar olunmalıdır ki, virus bədəndən,qandan infeksiya azalsın”.
Bu sözləri nevroloq-osteopad Aygün Məmmədova Medical Media-ya açıqlamasında bu sözləri deyib.
“Herpes virusu bədənə daxil olursa,orqanizmdən tamamən çıxmır. İnsan yenidən virus keçirirsə, herpes bir daha alovlanır. Bu da xəstəliyin ağrılarını artırmış olur”.
Nevroloq-osteopadın sözlərinə görə,xəstəliyin müalicəsində immuniteti qaldırmaq əsas şərtdir.
“Sinir qətiyyən soyuğu sevmir. Soyuqdan özümüzü qorumalıyıq. Harda külək əsirsə,yağış yağırsa bu problemləri olan şəxslər başı bağlı gəzməlidir. Əgər insan soyuğu şiddətli dərəcə hiss edirsə deməli həmin şəxsin siniri zədəlidir”.
Zeynəb Müzəffərli