Smartfonlar depressiyanı azalda bilir

YENİ ARAŞDIRMA
Smartfonlar təkcə stressə səbəb olmur. Həm də depressiyadan çıxarır. Yapon alimlərinin yeni bir araşdırmasına görə, smartfon proqramı insanlara yüngül depressiyanın öhdəsindən gəlməyə dəstək olur.
24 araşdırmanın təhlilində tədqiqatçılar telefona yüklənən CBT terapiyasının istifadəsi zamanı psixi pozuntuların simptomlarını azaldığını müşahidə edib.
Qlobal miqyasda insanların təqribən 11 faizi “yüngül depressiya”dan əziyyət çəkir.
Hazırda sağlam olmayan düşüncə və davranışları dəyişməyə və öhdəsindən gəlməyə kömək edən koqnitiv davranış terapiyası (CBT) psixi pozuntuların müalicəsinin qızıl standartı hesab olunur.
Bu üsul bir çox hallarda dərmanlardan daha təsirli olur. Lakin bütün dünyada psixiatr çatışmazlığı səbəbindən tələbat çox vaxt təklifi üstələyir.
Araşdırmanın aparıcı müəllifi və Tokio Universitetinin professoru Toshiaki Furukava açıqlamasında 4000-dən çox yaponun iştirak etdiyini bildirib.
Nature Medicine jurnalında dərc edilən yeni bir araşdırma, koqnitiv davranış terapiyasına yönəlmiş tətbiqin bu boşluğu doldurmağa kömək edə biləcəyini sübut edib.