Soyuq havalarda oynaq ağrılarının səbəbi

BAŞ HƏKİM AÇIQLAYIR

Bu da öz növbəsində uşaqlarda diskomfort və ağrıya səbəb olur. Havanın temperaturunun azalması qan dövranını zəiflədir. Nəticədə əzələ və oynaqlardakı sərtlik, şiddətli ağrılar yaradır. 

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş həkimi Nizami Məmmədov deyib.

Doktor bilidirib ki, xüsusilə 12 yaşa qədər uşaqlarda sürətli böyümə dövrlərində virus, eyni zamanda bakterial infeksiyalar, yəni qrip, soyuqdəymə və ya angina iltihabı reaksiyalar yaradır ki, bu da oynaq ağrıları ilə nəticələnir.

Baş həkim qeyd edib ki, ağrılarla yanaşı, oynaqlarda şişlik, hərəkət məhdudiyyəti və ya temperatur da müşahidə edilir. Soyuq havalarda uşaqlar daha az hərəkət edir. Bu da əzələ sərtliyinə və oynaq ağrılarına səbəb olur.

Nizami Məmmədov uşaqlara yüngül fiziki fəaliyyətlə məşğul olmağı, və vitaminlər qəbul etməyi məsləhət görüb. 

Ağrılar davam edərsə və ya şişlik keçməzsə həkimə müraciət etməyin vacibliyini vurğulayıb.