Soyuq otaqda yatmaq yağları əridir

Young woman sleeping in bed at night. Sleeping time

ARAŞDIRMA
Soyuq otaqda yatmaq bədən yağlarını əridir, yuxu rejimini yaxşılaşdırır və uzun ömürlülüyə səbəb olur.
Amerika Birləşmiş Ştatlarının Milli Sağlamlıq İnstitutunun araşdırması göstərib ki, otaqda havanın temperaturu 18 °C və ya aşağı olduqda yatmaq sağlamlıq üçün faydalıdır. Nəticədə bu, yuxuya getmə prosesini və bədəndəki kalorilərin yanmasını sürətləndirir, iltihabın qarşısını alır və immuniteti gücləndirir. Bundan əlavə, sərin otaqda yuxu dopamin və serotonin hormonlarının səviyyəsini artıraraq, sizi daha xoşbəxt hiss etdirir.
Qeyd edək ki, 21°C-dən yuxarı olan otaqda yatmaq, melatonin istehsalını azaldır, bədənin yuxu rejimi tənzimlənməsi çətinləşir. Bundan əlavə, gecə daha çox tərləyir, nəticədə tez-tez oyanırsınız. Mütəxəssislər isti otaqda yatmağın stress hormonları, yəni kartizolun səviyyəsini artırdığını da xüsusilə vurğulayır.