Suçiçəyi və qızılcaya yoluxma ilə bağlı son vəziyyət açıqlandı


RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su çiçəyi və qızılca xəstəliyinin sayında azalma müşahidə olunur.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin mart ayından bașlayaraq respublika ərazisində qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır.
“Qızılca xəstəliyinə qarșı müalicə-profilaktika müəssisələri tərəfindən planlı peyvənd ișləri davam etdirilir”, – deyə məlumatda qeyd edilib.