Süd məhsullarının orqanizm üçün zərərləri- MÜTƏXƏSSİS
Süd məhsullarının faydası hər kəsə məlumdur. Lakin bəzən onların zərərləri də ola bilər.
Həkim-terapevt Xumar Novruzova Medicalmedia.az-a açıqlamasında bildirdi ki, laktaza fermentinin çatışmazlığı olan şəxslərdə süd həzm edilmir və hətta az miqdarda qəbul edilərsə belə, köp,qarın ağrısına səbəb olur.
“Ümumən normada da yaşlı insanlarda laktaza fermentinin çatışmazlığı olur. Bu cür insanlar həddən artıq süd məhsulu istehlak edərsə qarın ağrısı,köp rast gələ bilər. Bundan başqa inək və keçi südünə qarşı bəzi adamlarda allergik reaksiyalar olur. Südün tərkibindəki kazeini parçalaya bilmirlər. Bu maddəyə qarşı onlarda dözümsüzlük olur. Bu cür insanlara süd və süd məhsullardan istifadə qətiyyən məsləhətli deyil”.
Mütəxəssisin sözlərinə görə, mədə-bağırsaq sistemi xəstəliklərinin aktivləşmə dövründə, anginalarda,bəlğəmli öskürəklərdə, bronxitlərdə süddən istifadə o qədər də məsləhət deyil. Çünki,yuxarı tənəffüs yollarının selikli qişasına süd məshulları daxil olarkən orda bakteriyaların çoxalmasına şərait yaradır.
“Sızanaqları,səpkiləri olan şəxslərin də həddən artıq süd məshulu qəbul etməsi dərini yağlandıracaq və səpkilərin artmasına gətirib çıxardacaq”.
Həkimin də dediklərindən məlum olduğu kimi süd nə qədər xeyirlidirsə,artıq qəbul edilən zaman onun zərərləri də var.
Zeynəb Müzəffərli