Süni intellekt xərçəngi həkimlərdən daha doğru aşkar edir
İSVEÇRƏNİN KAROLİNSKA İNSTİTUTUNUN ARAŞDIRMASI
Süni intellekt yumurtalıq xərçəngini həkimlərdən daha yaxşı aşkar edir.
Müayinə cihazlarının cavablarının oxunmasında süni intellekt daha dəqiq diaqnoz qoyur. Bu fikri İsveçdəki Karolinska İnstitutunun alimləri yeni tədqiqatlarına əsasən bildirib.
Onlar süni intellekt modellərinin yumurtalıq xərçəngini aşkar etməkdə insan həkimlərindən daha yaxşı nəticə göstərdiyini bildirib.
“Nature Medicine” jurnalında dərc olunan araşdırmada bildirilir ki, süni intellekt modelinin yumurtalıqların xoşxassəli və bədxassəli şişləri ayırd etmək qabiliyyəti də sınaqdan keçirilib.
Tədqiqat səkkiz ölkənin 20 xəstəxanasından 3652 xəstənin 17 000-dən çox ultrasəs görüntüləri üzərində aparılıb.
Süni intellekt yumurtalıq xərçənginin aşkarlanmasında 86% dəqiqliyə nail olub, insan ekspertləri üçün bu göstərici 82%-dir.
Karolinska İnstitutunun Klinik Elm və Təhsil Departamentinin professoru, tədqiqatın müəllifi Elizabeth Epstein bildirir ki, yumurtalıq xərçənginin diaqnozunda süni intellekt, ekspert tövsiyələrinin çatışmazlığını aradan qaldırmaqla yanaşı ucqar bölgələrdə olanların online diaqnoz almağnı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.