Suni intellektlə idarə edilən klinika açılıb

SINAQ MƏRHƏLƏSİNDƏ XİDMƏT ÖDƏNİŞSİZDİR
Dünyada ilk dəfə olaraq, yalnız süni intellekt əsasında fəaliyyət göstərən klinika açılıb. Xəstəxana Çinin “Synyi AI” texnologiya şirkətinin mütəxəssisləri tərəfindən Səudiyyə Ərəbistanında yaradılıb.
Bu klinikada Dr. Hua adlı süni intellekt həkimi xəstələri qəbul edir, diaqnoz qoyur və müalicə planları təqdim edir.
Xəstələr, kompyuterlər vasitəsilə simptomlarını daxil edərək Dr. Hua ilə interaktiv konsultasiya keçir. Süni intellekt, əlavə məlumatları analiz edərək ilkin diaqnoz qoyur. Sonra, insan assistentləri tərəfindən toplanan məlumatlar əsasında, Dr. Hua müalicə planı təqdim edir və bu plan insan həkimi tərəfindən yoxlanılır. Bu müailicə metodikası, 0.3%-dən daha az səhv nisbəti ilə yüksək dəqiqlik nümayiş etdirib.
Qeyd edək ki, sınaq mərhələsində xidmətlər ödənişsiz göstərilir. Gələcəkdə, Dr. Hua’nın müalicə etdiyi xəstəliklərin sayını 50-yə çatdırmaq və ölkədəki digər xəstəxanalar ilə əməkdaşlıq nəzərdə tutulur.