Sünnət faydalıdır, yoxsa zərərli?- AÇIQLAMA
Günümüzdə sünnət daha çox adət-ənənənələrə və dinimizə görə edilir. Özəl xəstəxanaların sayının da artması ilə oğlan uşaqları doğulan kimi sünnət etdirirlər. Hətta bəzi özəl xəstəxanalarda bu xidmət doğum paketinə də salınır. Xalq arasında peyğəmbər sünnətli doğulan uşaqlarda sıx rast gəlinən problem, sidik ifrazında çətinliklər yaranır ki, bu zaman da sünnət əks göstərişdir.
Uroloq Samir Ağalarov Medicalmedia.az-a açıqlamasında bu barədə danışıb.
“Hipaspadiyas əməliyyatında belə uşaqlara raspadiyas əməliyyatı icra edirik. Bu cür uşaqlara uroloji müayinə lazımdır. Müayinə sonrası raspadiyas durumu varsa 1 yaşına qədər uşaqların əməliyyat olunması lazımdır”.
Bəzən kök uşaqları sünnət etmək olmaz qoy arıqlasın sonra fikirlərini tez-tez eşidirik. Lakin Uroloq bildirir ki, sünnət hər kəsə vaxtında icra olunmalıdır. Lakin bəzi hallarda kök uşaqları sünnət edərkən diqqətli olmaq lazımdı.
“Sünnət olunmayan uşaqlarda və böyüklərdə cinsi yolla keçən xəstəliklər, sidik yolu xəstəliklər, bəzi iltihabi vəziyyətlər, prostat vəzində xəstəliklərə rast gəlinir”
Sünnət faydalıdır, amma sünnət üçün ən əhəmiyyətli məsələ odur ki, sünnət əməliyyatı cərrahi prinsiplərə əməl edilərək, təcrübəli bir həkim tərəfindən yerinə yetirilməlidir, çünkü üsuluna uyğun edilməz bütün cərrahi əməliyyatlarda olduğu bir sıra ciddi ağırlaşmalara yol aça bilər.
Zeynəb Müzəffərli