Tənəffüs yolu xəstəlikləri əsasən bu səbəbdən yaranır- ƏTRAFLI
Paytaxt Bakı və Abşeron ərazisi yarımada olduğu üçün yaz və payız aylarında əsasən rütubətli hava şəraiti üstünlük təşkil edir Məhz, qeyd olunan ərazilərdə tikinti qaydalarına əməl olunmaması nəticəsində tikilən evlərin bir çoxunda əsasən də qış aylarında rütubət, kifə rast gəlmək mümkündür.
Pulmonoloq Firuz Məmmədov Medicalmedia.az-a açıqlamasında bu cür evlərin insan sağlamlığına təsirindən danışıb.
Rütubətli evlərin sağlamlıq üçün ziyanı və xüsusilə aspergilloz kimi mövcud tənəffüs xəstəlikləri olanlar üçün isə çox təhlükəlidir. Mütəxəssislər isə bildirir ki, bu kimi xəstəliklər müalicəsi zamanında olmasa fəsadları qaçılmaz olacaq.
Həkim sonda bildirdi ki, ev inşa edərkən qaydalara əməl edin ki, rahatlığınız sonradan xəstəliyə çevrilməsin.
Zeynəb Müzəffərli